ABŞ hakimiyyəti ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözləyir.
“Report” “TASS”a istinadən xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“İnsanlar koronavirusun iyul, avqust ayına qədər bitəcəyi barədə danışırlar. Lakin, bu daha uzun müddət davam edə bilər. Bu müddət, səlahiyyətli şəxslərin müvafiq işlərin öhdəsindən necə gələcəyindən və ölüm nisbətini azaltmağından asılı olacaq”.
Tramp, eyni zamanda, yeni koronavirusun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini də etiraf edib.