ABŞ Prezidenti Donald Trampın koronavirusla bağlı verdiyi testin nəticələri mənfi olub.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Prezidentin həkimi Şonan Konliyə istinadən verilən açıqlamada qeyd edilib ki, Vaşinqton Administrasiyasının başçısı sağlamdır.
Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.