Böyük Britaniyada koronavirusdan ölənlərin sayı artıb

19:26 - 14 Mart 2020 - DÜNYA

Böyük Britaniyada COVİD-19 virusundan ölənlərin sayı artıb. APA-nın "SkyNews" kanalına istinadən verdiyi xəbərə görə, virusa yoluxan daha 10 şəxs vəfat edib. Beləliklə ölənlərin sayı 11-dən 21-ə qalxıb. İngiltərə Səhiyyə Nazirliyinin rəsmisi Kris Vitti vəfat edən şəxslərin "risk qrupları"na aid olduqlarını deyib.

Xəbər xətti