Ekvadorda koronavirusdan ilk ölüm qeydə alındı

11:22 - 14 Mart 2020 - DÜNYA

Cənubi Amerika ölkəsi olan Ekvadorda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.


Ucnoqta.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri açıqlayıb.

Məlumata görə, ölən şəxs 70 yaşlı qadındır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 145 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 145 698-ə çatıb. Bunların 72 550 nəfəri sağalıb, 5 436 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Avropa isə pandemiyanın episentri sayılıb. /report

Xəbər xətti