Venesuelada COVİD-19 koronavirusu səbəbilə fövqəladə vəziyyət tətbiq edilir.
Məlumata görə, bu barədə ölkənin paytaxtı Karakasda çıxışı zamanı prezident Nikolas Maduro deyib.
N.Maduro bildirib: "Mən millətə təhlükə yaradan <...> hallarda fövqəladə vəziyyət tətbiq etməyə imkan verən 338-ci maddəyə uyğun hərəkət edəcəyəm".
Dövlət başçısı həmçinin bütün vəzifəli şəxsləri "maksimal intizama" çağırıb: "Bizim əsas məqsədimiz virusun yayılmasının qarşısını almaqdır".
Qeyd edək ki, daha əvvəl Venesuelada COVİD-19 koronavirusuna ilkiki yoluxma halı qeydə alınıb./trend