İtaliyada sutka ərzində koronavirusdan 250 nəfər öldü
08:47 - 14 Mart 2020 - DÜNYA
İtaliyada sutka ərzində COVID-19-dan rekord ölüm hadisəsi qeydə alınıb
İtaliyada martın 13-də sutka ərzində 250 nəfər yeni tipli koronavirus xəstəliyindən dünyasını dəyişib.
Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellinin sözlərinə əsasən, xəstəlik baş qaldırandan bəri ümumilikdə 1266 nəfər dünyasını dəyişib.
“İtaliya COVID-19-a yoluxmuş şəxslərin ümumi sayı 17660 nəfərə çatıb, hal-hazırda onlardan 1439 nəfəri sağalaraq evlərinə buraxılıb”, - deyə Borrelli bildirib.
O qeyd edib ki, ölənlərin orta yaşı 80-dən çoxdur.
/oxu.az