Fransada koronavirusa yoluxanların sayı 3661 nəfərə, bu virusdan ölənlərin sayı isə 79 nəfərə çatıb.
APA “TASS”-a istinadən xəbər verir ki, bunu ölkənin İctimai İşlər və Səhiyyə naziri Olivye Veran bildirib.
“Bu günə olan məlumata görə, yoluxanların sayı 3661 nəfər təşkil edir, bu, dünənki göstəricidən 800 nəfər çoxdur”, - deyə nazir qeyd edib və bildirib ki, ölənlərin sayı son gün ərzində 18 nəfər artaraq 61-dən 79-a yüksəlib.