Ukrayna sərhədləri bağladı

19:05 - 13 Mart 2020 - DÜNYA

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib.

Qərar martın 15-dən etibarən qüvvəyə minəcək.

Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.

Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.

Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib./trend

 

Xəbər xətti