Avropada koronavirus tüğyan edir

15:27 - 13 Mart 2020 - DÜNYA

Şimali Kipr Türk Respublikası (ŞKTR), Cənubi Kipr, Estoniya, Finlandiya, Serbiyada koronavirus daşıyıcılarının sayı artıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, yoluxanların sayı ŞKTR-də 5, Cənubi Kiprdə 10, Estoniyada 41, Finlandiyada 155, Serbiyada isə 31-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 129 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 136 253-ə çatıb. Bunların 70 437 nəfəri sağalıb, 4 995 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

 

Xəbər xətti