Türkiyədə koronavirus testindən keçən daha bir pasientdə nəticə pozitiv çıxıb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter hesabında açıqlama yayıb.
“Dünən axşam saatlarında aparılan test üzücü bir proqnozu təsdiqlədi. Daha bir xəstəmiz var. Diaqnoz qoyulan kimi pasientimiz karantinə alınıb. Virusun yayılmasını məhdudlaşdırmaq üçün bütün lazımi tədbirlər görülür. Problemin öhdəsindən birlikdə gələcəyik”,- deyə nazir bildirib./qafqazinfo