ABŞ İrana qarşı sanksiya rejimini uzadıb

09:00 - 13 Mart 2020 - DÜNYA

ABŞ prezidenti Donald Tramp 1995-ci ildə Bill Klinton rəhbərliyi altında tətbiq edilən İrana qarşı sanksiya rejimini bir il uzadıb.

Bu barədə Ağ evinin yaydığı press-relizində deyilir. Tramp Konqresə 1995-ci ildə elan edilmiş İranla qarşı elan edilmiş "fövqəladə vəziyyət" müddətini növbəti ilə qədər uzadacağını barədə bildiriş göndərib. Bu bildiriş ABŞ hökumətinin rəsmi sənədlər toplusunda yerləşdiriləcək:

"İran hakimiyyətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizlik, beynəlxalq siyasət və iqtisadiyyatı üçün xüsusi təhlükə yaratmağa davam edir"./trend

Xəbər xətti