Türkiyənin bütün təhsil müəssisələri 16 mart tarixindən tətilə buraxılacaq.
APA-nın yerli bürosunun Türkiyə Prezidetntinin mətbuat katibi İbrahim Qalına istinadla xəbərinə görə, koronovirisla (COVİD-2019) əlaqədar bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçirilən iclasda bu qərar verilib.
İbrahim Qalın deyib ki, Türkiyədə bütün orta məktəblərdə 16 mart tarixindən 1 həftəlik tətil olacaq, 23 martdan isə şagirdlər 1 həftə ərzində internet və televiziya vasitəsilə təhsillərini davam etdirəcəklər. Ali təhsil müəssisələrinin tələbələri isə 3 həftə tətilə buraxılıb.
Mətbuat katibi deyib ki, ölkə daxilində idman oyunları aprelin sonuna qədər tamaşaçısız keçiriləcək.