ABŞ-da koronavirusa yoluxma hallarının sayı 1160-ı keçdi

09:51 - 12 Mart 2020 - DÜNYA

ABŞ-da yeni koronavirusa yoluxma hallarının sayı 1162-ə çatdı, onlardan 37 nəfər öldü.

Bu barədə ABŞ xəstəliklərə nəzarət və qarşısının alınması üzrə Federal mərkəzlərin açıqlamasında deyilib.

Qurumun saytında ölkənin 36 ştatında koronavirusa 938 təsdiqlənmiş halların qeydə alındığı barədə məlumat yerləşdirilib. Ölüm sayının 29 olduğu bildirilir. Koronavirusa yoluxma hallarının ən çoxu Vaşinqton (267), Nyu-York (173) və Kaliforniya (152) ştatlarında qeydə alınıb./trend

 

Xəbər xətti