Qayanada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkə Prezidenti Devid Qreyncer məlumat verib.
Söhbət martın 5-də ABŞ-da qayıdan 52 yaşlı Qayana sakinindən gedir. Qadın Corctaun şəhərində yaşayır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Dünyada indiyədək 120 minə yaxın insan bu virusa yoluxub, 4 minə yaxın insan dünyasını dəyişib.