İraqın paytaxtı Bağdadda amerikalı hərbçilərin olduğu “Taci” hərbi bazası hücuma məruz qalıb.
Publika.az BBC-yə istinadən xəbər verir ki, hərbi bazaya azı 10 raket atılıb. Tələfat barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.