Gürcüstanda nazir müavini koronavirusa yoluxub

12:15 - 11 Mart 2020 - DÜNYA

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı nazirinin müavini Yuri Nozadzenin koronavirusa yoluxması təsdiqlənib.

APA-nın xəbərinə görə, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazir müavinin analizləri martın 10-da müsbət cavablanıb.

Hazırda onun ailəsinin də izolyasiya şəraitində qaldığı bildirilir.

Xəbər xətti