Abşeronda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəki "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.
Orada yaşayan, autizm sindromlu, 2013-cü il təvəllüdlü Ə.Məmmədov yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma başlanılıb./Apa