Ucnoqta.az
www.ucnoqta.az

Abşeronda <font color=red><b>FACİƏ</b></font>: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü

10:20 - 11 Mart 2020 tarixində dərc olunub.

Abşeronda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə Abşeron rayonu, Masazır qəsəbəsindəki "Yeni Bakı" yaşayış kompleksində qeydə alınıb.

Orada yaşayan, autizm sindromlu, 2013-cü il təvəllüdlü Ə.Məmmədov yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilin yataq otağının pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma başlanılıb./Apa

Müəllif: