Türkiyədə ilk koronavirusa yoluxma qeydə alındı
07:43 - 11 Mart 2020 - DÜNYA
Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkədə koronavirusa ilk yoluxma hadisəsinin qeydə alındığını bildirib.
Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.
Nazir bildirib ki, xəstə kişidir. Türkiyə vətəndaşı olan həmin şəxs bu yaxınlarda Avropadan qayıdıb. Onun vəziyyəti sabitdir və karantinə yerləşdirilib.