“Türkiyədə insanların koronovirusa yoluxma riski yüksəkdir”.
Bunu Səhiyyə naziri Fəxrəddin Qoca Türkiyə Böyük Millət Məclisinin (TBMM) Səhiyyə Komissiyasının iclasında çıxış edərkən deyib.
Nazir bildirib ki, koronovirusla bağlı Avropa ölkələri arasında ən böyük problemlə İtaliya qarşılaşsa da, Almaniya və Fransanı da böyük təhlükə gözləyir, çünki Avropa ölkələri profilaktik tədbirlərin görülməsində çeviklik göstərməyiblər.
F. Qoca Türkiyə ilə Avropa ölkələri arasında mövcud əlaqələrin sıx olmasını vurğulayaraq qeyd edib ki, bu səbəbdən ölkədə koronavirusun yayılma ehtimalı yüksəkdir./Apa