Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ölkə prezdenti Vladimir Putinlə prezidentlik müddətinin sırıflandırılması ilə parlamentdə irəli sürülən təklifi müzakirə edib.
“Report” “Telegram”a isitinadən xəbər verir ki, bunu Duma sədrinin müşaviri Anastasiya Kaşevarova bildirib.
Onun szölərinə görə, Vladimir Putinlə təklifi müzakirə etdikdən sonra V.Volodin Dumadakı fraksiya liderləri ilə məsələyə dair müşavirə keçirəcək.
Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezident müddətinin sıfırlanması (müddət məhdudiyyətinin götürülməsi) ilə bağlı dəyişikliliyi təklif edib.
Xatırladaq ki, V.Putinin Dövlət Dumasına gələcəyi gözlənilir.