İran XİN başçısı: “Vətəndaşlarımız ölərkən Tramp sanksiyaları daha da sərtləşdirir”

20:35 - 7 Mart 2020 - DÜNYA

“Vətəndaşlarımız ölərkən Donald Tramp İranın koronavirusla mübarizəsində ehtiyacı olduğu resursları azaltmaq məqsədi ilə ABŞ-ın qeyri-qanuni sanksiyalarını daha da sərtləşdirir”.

APA-nın xəbərinə görə, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif "Twitter"də bildirib. İran XİN başçısı qeyd edib ki, dünya ABŞ-ın iqtisadi terrorizmini əvəz etməkdə olan tibbi terrorizminə səssiz qalmamalıdır.  

Xəbər xətti