Şərqi Avropada koronavirus sürətlə yayılır

13:45 - 6 Mart 2020 - DÜNYA

Serbiyada koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin səhiyyə naziri Zlatibor Lonçar açıqlayıb.

“Bizdə koronavirusa ilk yoluxma faktı qeydə alındı. Söhbət 43 yaşlı kişidən gedir. O, özünü yaxşı hiss edir”, - nazir bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 92 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 755-ə çatıb. Bunların 55 662 nəfəri sağalıb, 3 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub./report

Xəbər xətti