Türkiyənin məşhur aşpazı Nusret “Instagram” hesabında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə jest edib.
Bu barədə “Milliyet” məlumat yayıb.
Anası ilə birlikdə fotosunu paylaşan Nusret Gökçe restoranındakı xüsusi menyunu təqdim edərək, qadınları bazar günü öz restoranına dəvət edib:
“Bu mənim anamdır. Əgər sən olmasaydın, mən də olmazdım. Etdiyin hər şey üçün sənə təşəkkür edirəm. 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün bütün qadınları günorta saat 12:00-dan 19:00-a qədər “Nusr-et Steak House”a dəvət edirəm. Sərinləşdirici içki, lokum və paxlava. Qadınlar Gününüz mübarək!”/oxu.az