Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun obyektlərinə zərbələr endirib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, ötən gün saat 16:00-da endirilən zərbələr nəticəsində Suriya ordusunun 21 hərbçisi zərəsizləşdirilib, 2 raket qurğusu və digər texnika məhv edilib.
Bildirilir ki, zərbələr Suriya ordusu tərəfindən iki Türkiyə hərbçisinin öldürülməsinə cavab olaraq həyata keçirilib.
Qeyd edək ki, ötən gün Suriya ordusunun zərbələri nəticəsində 2 Türkiyə hərbçisi həlak olub, 3-ü isə yaralanıb.