Suriyanın İdlib əyalətində Bəşşar Əsədə məxsus hərbi qüvvələr tərəfindən açılan atəş nəticəsində 2 türk əsgəri həlak olub.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, atəş nəticəsində həmçinin daha 3 türk əsgəri yaralanıb. Öz növbəsində Türkiyə hərbçiləri də qarşı tərəfə cavab atəşi açıb.