İraqda koronavirusdan ölənlərin sayı artdı

14:15 - 5 Mart 2020 - DÜNYA

İraqda koronavirusdan ölənlərin sayı üç nəfərə çatıb.

“Report” “A Haber”ə istinadən xəbər verir ki, bunu İraqın Səhiyyə və Ətraf Mühit Nazirliyinin sözçüsü Seyf əl-Bədir bildirib.

O, yaydığı yazılı açıqlamada qeyd edib ki, Bağdadda COVID-19 virusuna yoluxan 65 yaşlı kişi ölüb.

Ümumiyyətlə, İraqda koronavirusdan ilk ölüm hadisəsi Süleymaniyyə şəhərində qeydə alınıb. Daha sonra Bağdadda virusa yoluxan bir qadın dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 85 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 95 607-yə çatıb. Bunların 53 700 nəfəri sağalıb, 3 287 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

 

Xəbər xətti