Rusiyanın Murmansk vilayətində təlim döyüş sursatının partlaması nəticəsində 5 hərbçi xəsarət alıb.
“Report” xəbər verir ki, məlumatı RİA “Novosti” yayıb.
Bildirilib ki, partlayışa səbəb təhlükəsizlik qaydalarının pozulması olub. Məlumata görə, partlayış Murmansk vilayətinin Peçenq rayonundakı hərbi hissələrdən birində təlim-məşq tədbirində
baş verib.
Rəsmi mənbələr informasiyanı hələ ki, təsdiqləməyib.