Ərdoğanla Avropa İttifaqı Şurasının Prezidenti arasında 2 saatlıq görüş olub
07:50 - 5 Mart 2020 - DÜNYA
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişeli Çankayadakı Adminstrasiyada qəbul edib.
APA-nın yerli bürosunun NTV-yə istinadla verdiyi xəbərə görə, 2 saata qədər çəkən görüşdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.
Görüşdə Türkiyə-Avropa İttifaqı münasibətləri, miqrantlar və İdlibdəki vəziyyətin müzakirə olunduğu bildirlib.