“Gürcüstanda son üç gündə koronavirusa yoluxma ilə bağlı heç bir yeni hal təsdiqlənməyib”.
Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, virusa mümkün yoluxma hallarının sayı 239 təşkil edib.
A.Qamkrelidze bu gün karantində 140 nəfərin saxlanıldığını deyib.
Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirus üç şəxsdə təsdiqlənib./report