Yeni növ koronavirusla (Covid-19) mübarizə aparan İranda hökumət rəsmilərinə və məmurlara ölkədən kənara çıxmaq qadağan edilib.
“Qafqazinfo” “İSNA”ya istinadən xəbər verir ki, İran Prezidentinin köməkçisi İshaq Cahangiri virusun daha geniş yayılmasının qarşısını almaq məqsədilə hökumət qurumlarında çalışanlar üçün hazırlanmış təlimatı açıqlayıb.
Təlimata əsasən, Xarici İşlər Nazirliyinin işçiləri istisna olmaqla, digər rəsmilərin beynəlxalq konfrans və tədbirlərə qatılmaq üçün ölkədən çıxışı ikinci xəbərdarlığa qədər qadağan olunub.
XİN rəsmiləri isə yalnız Cahangirinin icazəsi ilə ölkədən çıxa biləcək və geri qayıdanda isə lazımi tibbi müayinələrdən keçəcəklər.