ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) qərarı neft qiymətlərinə də təsir göstərib.
“Report” "Interfax"a istinadən xəbər verir ki, "Brent” markalı xam neftin qiyməti 3%-dən çox artıb. Belə ki, bu markadan olan neftin bir barelinin aprel ayı üçün fyuçerslərinin qiyməti Londonun ICE birjasında 1,66 ABŞ dolları (3,2%) artaraq 53,56 ABŞ dolları olub.
Bundan başqa, WTI markalı neftin də qiyməti Nyu-Yorkun NYMEX birjasında 1,15 ABŞ dolları (2,46%) artaraq 47,9 ABŞ dollarına yüksəlib.
Qeyd edək ki, FED koronavirusa görə uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.