İranın cənubunda yerləşən Hürmüzgan əyalətində zəlzələ olub.
“Anadolu” xəbər agentliyi bu barədə Tehran Univeristeti Seysmoloji Mərkəzindən verilən açıqlamaya əsasən məlumat yayıb.
Mərkəzi Bəstək rayonunun Kuherd ərazisində olan zəlzələ yerli vaxtla 15:01-də baş verib.
Episentri 20 kilometr dərinlikdə olan zəlzələ 4,4 bal gücündə olub.
Dağıntı və tələfat barədə xəbər verilmir./oxu.az