Fransada koronavirusdan ölənlərin sayı artıb.
Ölkədə koronavirusa yoluxmuş daha iki nəfər dünyasını dəyişib.
Məlumata görə, ölənlərin hər ikisi yaşlıdır.
Bununla da Fransada koronavirusdan ölənlərin sayı 4-ə çatıb.
Qeyd edək ki, Fransada koronavirusa yoluxan şəxslərin sayı 150 nəfəri ötüb. Onların arasında La Balme-de-Sillingy şəhərinin meri də var. Artıq Fransa prezidenti Emmanuel Makron xarici səfərlərini təxirə salıb. /report