Rusiyanın paytaxtı Moskva şəhərində ilk dəfə koronavirusa yoluxma halı qeydə alınıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə operativ qərargah məlumat yayıb. Bildirilib ki, həmin şəxs Rusiya vətəndaşıdır və İtaliyadan ölkəyə qayıdıb.
O, Moskvanın 1 nömrəli şəhər infeksion xəstəliklər xəstəxanasına yerləşdirilib.