Putin TASS agentliyinə müsahibə verib.
O, müsahibəsində heç bir dövlətlə müharibəyə hazırlaşmadıqlarını lakin, müdafiə sahəsində gücləndiklərini qeyd edib. Rusiyanın müdafiə sahəsindəki gücündən bəhs edən Putin bildirib ki, müdafiə baxımından elə bir vəziyyət yaradırlar ki, heç bir dövlət Rusiya ilə müharibə etməyi ağlına belə gətirməsin.
Onun sözlərinə görə, Rusiya müdafiə sahəsinə ayırdığı büdcədə ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridə qalır və bu xərc hər il azalır. Qeyri ölkələrin müdafiə xərcləri isə daha da artır.
Putin qeyd edib ki, Rusiyanın yaratdığı müdafiə silahlarından heç bir ölkədə yoxdur. Əgər əvvəllər hansısa dövlət müdafiə sistemləri yaradır və sonradan Rusiya o silahları hazırlayırdısa, indi vəziyyət əksinə dəyişib.
Rusiya lideri bunun bir ilk olduğunu xüsusi vurğulayıb./bakupost