İtaliyada fevralın 21-dən başlayan koronavirus sürətlə yayılır.
Ucnoqta.az Türkiyə KİV-ə istinadlaxəbər verir ki, Mülki Müdafiə baş direktoru Angelo Borrelli, paytaxt Romada keçirdiyi mətbuat konfransında Kovid-19 yeni koronavirus ilə bağlı son vəziyyəti diqqətə çatdırıb. Borrelli xəstəliyə yoluxanların sayının 577-yə, ölənlərin sayının dünən 5 nəfər artaraq 34-ə çatdığını açıqlayıb.
O, 140 nəfərin reanimasiyada müalicə olunduğunu, bu günə qədər 83 nəfərin sağaldığını bildirib.