ABŞ-ın Vaşinqton ştatında koronavirusdan ilk ölüm hadisəsi baş verib.
Bu barədə “Associated Press” ştatın rəsmisinə istinadən məlumat yayıb. Cümə günü ABŞ-ın Xəstəliklərə Nəzarət və profilaktikası üzrə Mərkəzi (CDC) bildirib ki, ölkədə koronavirusa 62 yoluxma hadisəsi təsdiq edilib.
Qeyd edək ki, daha əvvəl ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib ki, hospitalda koronavirusa yoluxmuş yalnız bir xəstə qalır.
"ABŞ-da koronavirusa yoluxması təsdiq edilmiş 10 nəfərdən yalnız 1 xəstə hələ hospitaldadır. Hər yoluxma hadisəsində insanlar müalicə olunub və onlar bütün parametrlər üzrə özlərini yaxşı hiss edirlər", - Pens deyib.