“İdlibdə Əsəd rejimi qüvvələrinin hücumu nəticəsində şəhid olan əsgərlərimizin sayı 36-ya yüksəlib.
“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dolmabaxça sarayında millət vəkilləri ilə görüşündən sonra verdiyi açıqlamada deyib. “Şəhid olan hər övladımızın kədəri ürəyimizi dağlayır. İdlib hərəkatındakı şəhidlərimizin sayı 36-ya yüksəldi. 20 günlük hərəkat boyunca şəhid olan əsgərlərimizin ailələrinə öz adımdan və millətim adından başsağlığı verirəm”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, şəhidlərin qanı yerdə qalmır və indiyədək Suriyanın 2100-dən çox əsgəri öldürülüb, xeyli sayda texnikası məhv edilib.