İtaliyada həkimlər artıq 821 nəfərin koronavirusa yoluxması hadisəsini qeydə alıblar.
Bu barədə Mülki Müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin sayı artıb. Belə ki, İtaliyada 21 xəstə bu virusun qurbanı olub.
Qeyd edək ki, daha əvvəl yerli hakimiyyət orqanları ölkədə 650 nəfərin koronavirusa yoluxduğunu xəbər verib. Bildirilirdi ki, virusa yoluxmuş 17 nəfər dünyasını dəyişib.
İtaliyada koronavirusdan ən çox ölkənin şimal əraziləri zərər çəkib./report