BMT-dən təcili Türkiyə çağırışı

16:14 - 28 Fevral 2020 - DÜNYA

BMT Türkiyə ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

BMT baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində artan gərginlikdən və türk əsgərlərinin hava hücumuna məruz qalmasından narahat olduqlarını bildirib.
“İdlibdə dərhal atəşkəs elan edilməlidir. Artan hərbi gərginlik xüsusilə mülki insanlar üçün təhlükəlidir. Təcili tədbirlər görülməsə, gərginliyin hər saat artması riski var. Suriyadakı münaqişənin hərbi həll yolu yoxdur. Yeganə yol BMT vasitəsilə siyasi həll yolunun tapılmasıdır”, - BMT baş katibi bəyan edib./publika.az

Xəbər xətti