Monqolustan prezidenti Xaltmaa Battulqa koronavirusla əlaqədar karantinə yerləşdirilib.
Prezident Xaltmaa Battulqa ötən gecə Çindən qayıdıb.
Ölkəsinə qayıdan dövlət başçısı karantinə alınıb. O və Monqolustanın Xarici İşlər naziri 14 gün müddətində karantində olacaq.
Maraqlıdır ki, Monqolustan prezidentinin Çinə səfərində məqsəd koronavirusla bağlı mübarizə məsələlərini müzakirə etmək olub./report