“Gürcüstanda koronavirusla bağlı təşvişə heç bir əsas yoxdur”.
Bu barədə Gürcüstanın baş naziri Giorgi Qaxaria hökumətin iclasında bildirib.
O deyib ki, ötən gün yaradılan koordinasiya qrupu vəziyyəti tam nəzarətdə saxlayır.
Baş nazir qeyd edib ki, hökumətin qərarı ilə ötən gün İrana quru yolla gediş-gəliş məhdudlaşdırılıb./report