Türkiyədə koronavirusa yoluxanlar yoxdur.
Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib. Onun sözlərinə görə, bu, o demək deyil ki, ölkədə koronavirusa yoluxanlar ola bilməz. Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: “İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur”.
F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.
Xatırladaq ki, ötən gün Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başlayıb./trend