Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş hallarının sayı 78 min nəfəri keçib, 29 mindən çoxu müalicə edilib və xəstəxanalardan evə buraxılıb.
Trend-in məlumatına görə, bu barədə Dövlət Səhiyyə Komitəsi bildirib. 31 vilayətdən gələn son məlumatlara görə, 78 064 təsdiq edilmiş yoluxma hadisəsi qeydə alınıb, cəmi 29 745 nəfər xəstəxanalardan buraxılıb və ölənlərin ümumi sayı 2715-ə çatıb.
Son 24 saat ərzində Hubey vilayətində 401 yeni hadisə qeydə alınıb, 52 nəfər ölüb.