İranda yeni koronavirusa yoluxanların sayı indiyədək 60 nəfəri keçib.
Bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini doktor İrəc Hərirçi mətbuat konfransında deyib. Bu barədə Trend IRINN-ə istinadən məlumat verib. İ.Hərirçinin sözlərinə görə, koronavirusa yoluxmaqda şübhəli bilinənlərin sayı 900 nəfərə çatıb.
Hərirçi əlavə edib ki, bu virus nəticəsində indiyədək 12 nəfər olub./trend