Bu ölkədə koronavirusa yoluxanların sayı 100-ü keçdi- 2 nəfər ölüb
00:24 - 24 Fevral 2020 - DÜNYA
İtaliyada koronavirusa yoluxanların sayı 100-ü keçdi.
İtaliyanın Lombardiya əyalətində koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb.
Bu barədə regionun rəhbəri Attilio Fontana bildirib.
“Təəssüf ki, Lombardiyada virusa 89 nəfər yoluxub”, - deyə o, “SkyTg24” telekanalının efirində qeyd edib. A.Fontana əlavə edib ki, bununla da İtaliyada yeni virusa yoluxanların sayı 100 nəfəri ötüb.
Son məlumatlara görə, ölkədə virusdan 2 nəfər ölüb. İtaliyanın artıq 5 regionunda virusa yoluxma halları qeydə alınıb./medicina.az