İranın Qərbi Azərbaycan vilayətində 4,1 bal gücündə zəlzələ baş verib.
Zəlzələ fevralın 23-ü yerli vaxtla saat 17:58-də qeydə alınıb. Məlumata əsasən, yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri Qotur məntəqəsindən 7 kilometr məsafədə olub.
İnsan itkisi haqda məlumat verilməyib./trend