İranda koronavirusdan ölənlərin sayı 18 nəfərə çatıb.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb. Ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur bildirib ki, koronavirusa 28 yoluxma hadisəsi qeydə alınıb. Ölkənin daha 5 vətəndaşı virusun qurbanı olub.
Qeyd edək ki, İranda koronavirusa ilk yoluxma fevralın 19-da qeydə alınıb.
Daha əvvəl bildirilirdi ki, yoluxucu virusdan ölənlərin sayı 6 nəfərdir. /report