Türkiyə-İran sərhədində zəlzələ- ölən və dağıntılar altında qalanlar var

12:28 - 23 Fevral 2020 - DÜNYA

Bu gün səhər saatlarında İranın Xoy bölgəsində meydana gələn zəlzələ,Vanın Başkala bölgəsində də hiss edildi.

Ucnoqta.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İranda saat 08.53-də 5.9 bal gücündə baş verən zəlzələ, Vanın mərkəzində hiss edildi. Başkala rayonunun Özpınar məhəlləsində bəzi evlər dağılıb. Dağıntılar altında qalanlar var. 3-ü uşaq olmaqla, 7 nəfər ölüb, 5 nəfər yaralanıb.  

Təcili yardım maşınları əraziyə göndərilib.
 

Xəbər xətti